Tam versiya
Ana səhifə XƏBƏRLƏR Türkiyədən maraqlı kadrlar: Canavar sürüsü göründü
XƏBƏRLƏR

Türkiyədən maraqlı kadrlar: Canavar sürüsü göründü

Türkiyənin Bursa şəhərində Təbiəti Mühafizə və Milli Parklar 2-ci Regional İdarəsi tərəfindən Uludağ Milli Parkında qurulan fotokamera tələsi vasitəsilə canavar sürüsü görüntülənib.

Bu barədə Ekologiya.az DHA-ya istinadən xəbər verir.

Məlumata görə, brakonyerliyə qarşı mübarizə və yemləmə fəaliyyətlərinə nəzarət etmək məqsədilə canlıların sıx olduğu ərazilərdə fotokamera tələləri quraşdırılıb.

Uludağ Milli Parkındakı kameraya 5 canavardan ibarət olan sürü yemək axtararkən əks olunub.

"Canavarlar Uludağ Milli Parkının zadəgan qonaqlarıdır. Baxışlarındakı nəciblik, duruşlarındakı əzəmət sayəsində onlara heyran qalmamaq mümkün deyil", - deyə idarənin sosial media hesabındakı paylaşımında bildirilib.

[media=https://baku.tv/embed/175602]

Paylaş:
Tam mətni oxu →