Tam versiya
Ana səhifə XƏBƏRLƏR Güclü külək Yardımlı kəndlərini zülmətə qərq edib
XƏBƏRLƏR

Güclü külək Yardımlı kəndlərini zülmətə qərq edib


Güclü külək iki gündür ki, Yardımlı rayonunda həyatı iflic edib.

"Musavat"-ın məlumatına görə, rayonun bir sıra kəndlərində iki gündür elektrik enerjisi kəsilib.

Yerli sakinlər küləyin sürətinin saniyədə 45 metrdən yüksək olduğunu bildirirlər. Kəndlərdə bir sıra evlərin dam örtüyünə ziyan dəyib.

Gecə saatlarında da küləyin sürəti yüksək olaraq qalmaqdadır.

Paylaş:
Tam mətni oxu →