Güclü zəlzələdə ölənlərin sayı 126-a çatdı - YENİLƏNİB
Tibet bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin sayı ən azı 126 nəfərə çatıb.
Zəlzələ nəticəsində yaralananların sayı isə 188 nəfərə çatıb.
***
12:20
Tibet bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.
Zəlzələ nəticəsində 130 nəfər xəsarət alıb.
***
11:05
Tibetdə baş verən 7.1 bal gücündə zəlzələdən sonra 49 afterşok qeydə alınıb.
Mütəxəssislərin fikrincə, afterşoklardan 33-ünün maqnitudası 3-dən aşağı, 16-sının maqnitudası 3-dən yüksək olub.
Zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb. Bildirilib ki, təbii fəlakət nəticəsində 62 nəfər xəsarət alıb.
***
08:23
Çinin cənub-qərbində, Nepalla sərhədə yaxın Tibet Muxtar Bölgəsində gücündə zəlzələ qeydə alınıb.
Məlumata görə, zəlzələ 7.1 bal gücündə olub.
Yeraltı təkanların episentri 80 min nəfərə yaxın əhalisi olan Şiqatse şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşir.
"Sinxua" agentliyinin məlumatına görə, zəlzələ nəticəsində 32 nəfər həyatını itirib, 38 nəfər yaralanıb.