Bəşər Əsəd rejiminin devrilməsindən sonra Türkiyədən Suriyaya 52 min 622 qaçqın qayıdıb.
Ekologiya.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ai Yerlikaya jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, bu gün Türkiyədə 2 milyon 880 min suriyalı qaçqın qeydiyyatdadır. Qaçqınların təhlükəsiz qayıtması davam edir.