"Bu, Bakı üçün tarixi uğur idi" - Vacib qərarlar qəbul olundu
"Ötən ilin dekabrında Bakıda bir çox ölkənin hüquq elminin nümayəndələrinin də iştirak etdiyi beynəlxalq konfransda cinayət siyasətinin fəlsəfi, hüquqi problemləri müzakirə olundu. Bu tədbir böyüklüyünə və səviyyəsinə görə digərlərindən fərqlənirdi".
Bunu
Professor vurğulayıb ki, "Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri" mövzusunda keçirilən konfransda yeni təkliflər zəruri idi:
"Əvvəlki tədbirlər daha sönük keçirdi. Son zamanlar dünyada baş verən proseslərdən dolayı alınan qərarlar daha çox siyasi mahiyyət daşıyırdı. Gələcək hüquq sistemini təkminləşdirəcək hər hansı real qərarlarla sonlandırılmırdı. Ona görə də bu sahə üzrə çalışan alimlər olduqca məyus olurdular. Bu günə qədər keçirilən tədbirlərdə problemlər həll olunmadan qalır, müzakirələr effektsiz olurdu. Açığını desəm, baş verən proseslər fonunda Bakıda təşkil olunan konfrans məni düşündürürdü. Ancaq Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə reallaşıb başa çatan konfransı hər kəs yüksək səviyyədə qiymətləndirdi".
12 ölkədən 40-dək sahə üzrə alimin qatıldığı konfransın önəmini qeyd edən M.İmanlı söyləyib: