• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yanvarın 11-nə gözlənilən hava proqnozu açıqlanıb

    10

    yan

    Yanvarın 11-nə gözlənilən hava proqnozu açıqlanıb

    Azərbaycanda yanvarın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.


    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 


    Lakin səhər bəzi yerlərdə qısamüddətli az çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək. Nisbi rütubət 75-85 faiz olacaq.


    Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.

    Tarix : 10-01-2025, 15:57 | Oxunub: 1 488