Tam versiya
Ana səhifə XƏBƏRLƏR Azərbaycana beş xarici şirkətin quş əti məhsullarının gətirilməsinə məhdudiyyət qoyuldu
XƏBƏRLƏR

Azərbaycana beş xarici şirkətin quş əti məhsullarının gətirilməsinə məhdudiyyət qoyuldu


Azərbaycana beş xarici şirkətin quş əti məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.

Bu barədə "Report"a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Belə ki, Belarusun Птицефабрика Городок, Rusiyanın “Индюшкин ДворНевинномысский Мясокомбинат, Ukraynanın “Птицекомплекс Губин”, Gürcüstanın “Chirina LTD” şirkətinə məxsus quş əti məhsullarından götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində “Salmonella” aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar aidiyyəti ölkələrin müvafiq qurumlarına ixracın dayandırılmasına dair müraciət ünvanlanıb, görülən tədbirlər barədə Agentliyə məlumat verilməsi bildirilib.

Paylaş:
Tam mətni oxu →