Meşə yanğınları gücləndi vəGENİŞLƏNDİ: 11 ölü, 10 minlərlə dağıntı
Ekologiya.az xəbər verir ki, son məlumatlara görə, hadisə nəticəsində 11 nəfər həlak olub, təxminən 10 min bina dağılıb, minlərlə insan isə təhlükəsiz yerlərə təxliyə edilib.
Fövqəladə Hallar Departamentinin məlumatına görə, xilasedicilər hazırda dağıntılar altında qalan insanları xilas etməyə çalışırlar. Həmçinin ətraf bölgələrdə təxliyə prosesləri gücləndirilib. Dövlət rəsmiləri fövqəladə vəziyyət elan edərək, milli qvardiyanın və könüllü qrupların yanğınlarla mübarizəyə cəlb edildiyini bildirib.
Ekspertlər yanğınların ətraf mühitə təsirinin fəlakətli olduğunu qeyd edirlər. Həmçinin bölgədə enerji infrastrukturu ciddi zərər görüb, bu da elektrik kəsintilərinə səbəb olub. Turizm sektoru və kənd təsərrüfatı sahələri də böyük zərər görən sahələr arasındadır.Musavat.com
Paylaş:
Tam mətni oxu →