• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Naxçıvanda və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb

    12

    yan

    Naxçıvanda və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb

    Yanvarın 12-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.

    Qərb küləyi əsib, arabir Qobustanda 16 metr/saniyəyədək güclənib.

    Sumqayıt, Pirallahı, Yevlax, İmişli, Sabirabad, Cəfərxan, Naxçıvan, Quba, Şabranda duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Aran rayonlarında 1 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

    Tarix : 12-01-2025, 16:55 | Oxunub: 1 536