• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Abşeronda gölün səviyyəsi artıb: Həyətləri SU BASIB

    13

    yan

    Abşeronda gölün səviyyəsi artıb: Həyətləri SU BASIB

    Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində göl daşıb, həyətləri, evləri su basıb.

    Ekologiya.az Xəzər TV-yə istinadən məlumat verir ki, sakinlərin sözlərinə görə, 4-5 il əvvəl gölə çatmaq üçün piyada xeyli məsafə qət edirdilərsə, indi suyun artması səbəbindən göl onların evinə çatıb.

    Problemdən müvəqqəti çıxış yolu kimi Digah bələdiyyəsi yola maşınlarla kərpic qırıntısı tökdüyü üçün, hələ ki, bu küçədə hərəkət etmək mümkündür.

    Amma sakinlər hər il gölün səviyyəsinin daha da artdığını deyirlər.

    Məsələ ilə bağlı Digah bələdiyyəsindən "Xəzər xəbər"ə bildirilib ki, son dövrlər yağışlar çox yağdığından Mehdiabad ərazisindən gələn su gölün səviyyəsini artırıb. Nəticədə bəzi ərazilərdə su həyətlərə dolub. Bələdiyyədən o da qeyd edildi ki, sabah əraziyə müvafiq texnikalar cəlb olunacaq və həyətlərə dolan suyun çəkilməsi təmin ediləcək.

    Ətraflı süjetdə:


    Tarix : 13-01-2025, 11:25 | Oxunub: 1 296