• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ

    13

    yan

    Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ

    Yanvarın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-10° isti gözlənilir.

    Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir.

    Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-14° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 4-9° isti olacaq.

    Tarix : 13-01-2025, 08:30 | Oxunub: 1 328