• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DİN: Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb

    13

    yan

    DİN: Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb

    Yanvarın 11-dən 12-dək ölkə ərazisində qeydə alınan 89, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.


    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 34, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


    Narkotiklərlə əlaqəli 60, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı daha 60 fakt müəyyən edilib.


    Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb.

    Tarix : 13-01-2025, 12:58 | Oxunub: 1 096