• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dumanlı hava səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

    14

    yan

    Dumanlı hava səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

    Dumanlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bu barədə "Ekologiya.az"a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

    Bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

    Eyni zamanda tablolarda "dumanlı yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

    Tarix : 14-01-2025, 08:31 | Oxunub: 1 080