• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yeni Suraxanı sakinlərinin ictimai NƏQLİYYAT PROBLEMİ davam edir - NARAZILIQ

    15

    yan

    Yeni Suraxanı sakinlərinin ictimai NƏQLİYYAT PROBLEMİ davam edir - NARAZILIQ

    Yeni Suraxanı qəsəbəsinin sakinləri 104 saylı sərnişin avtobusunun hərəkət intervalından ciddi narazılıq edirlər. Onlar bildirirlər ki, xüsusilə səhər və axşam pik saatlarda avtobuslar arasındakı interval o qədər çoxdur ki, işə və məktəbə vaxtında çatmaq mümkün olmur.

    Ekologiya.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a şikayət daxil olub.

    Bildirilib ki, 104 saylı avtobus Yeni Suraxanı qəsəbəsində 14 İyul küçəsi ilə hərəkət edir.

    "Avtobuslar arasında interval o qədər çoxdur ki, günün pik saatlarında avtobusdan istifadə etməyimiz mümkünsüz olur. Səhər saatlarında uşaqlarımız da məktəbə gecikirlər. Gərək səhər saat 7-də evdən çıxaq ki, uşağı vaxtında məktəbə çatdıra bilək. Yağışlı, küləkli havalarda çox əziyyət çəkirik, avtobuslar gəlib çıxmaq bilmirlər, üstəlik avtobus gözləmək üçün dayanacağımız da yoxdur", - deyə şikayətdə bildirilir.

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu verilib.

    Tarix : 15-01-2025, 10:04 | Oxunub: 2 568