• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Təcili XƏBƏRDARLIQ! 320 mindən çox insan ÖLƏCƏK:Tarix verildi

    16

    yan

    Təcili XƏBƏRDARLIQ! 320 mindən çox insan ÖLƏCƏK:Tarix verildi

    Yaponiyanın Honsyu adasının cənub-şərqində yerləşən Nankay qırağında güclü zəlzələnin baş vermə riski artıb.

    Ekologiya.az xəbər verir ki, seysmik aktivliyin tədqiqi üzrə komissiyanın hesabatına əsasən, yaxın 30 il ərzində 8-9 bal gücündə zəlzələnin baş vermə ehtimalı 80% təşkil edir.

    Proqnozlara görə, belə bir fəlakət zamanı 323 min insanın həyatını itirmə riski var.

    Analitiklər bu ehtimalın növbəti 40 il ərzində 90%-ə, 50 il ərzində isə daha da yüksək göstəricilərə çatacağını bildiriblər. Xatırladaq ki, Nankay qırağında ən son böyük zəlzələ 21 dekabr 1946-cı ildə qeydə alınmışdı və bu, 8 bal gücündə olmuşdu. NHK telekanalı xəbər verir ki, Yaponiya hökuməti mümkün təhlükələrə qarşı tədbirlər görməyi planlaşdırır.

    Musavat.com

    Tarix : 16-01-2025, 12:58 | Oxunub: 1 864