• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycandan bu ölkələrə QADAĞA - RƏSMİ AÇIQLAMA

    16

    yan

    Azərbaycandan bu ölkələrə QADAĞA - RƏSMİ AÇIQLAMA

    Almaniyanın Brandenburq vilayətində və İsrail Dövlətinin Mərkəz dairəsində dabaq, Şotlandiyanın Anqus inzibati ərazi vahidində və Nigeriyanın Kano ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

     

    Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.

     

    Həmin ərazilərdən iri və xırdabuynuzlu heyvanların, diri quş və inkubasiya yumurtalarının, quş ətinin və quş emalı məhsullarının Azərbaycana idxalına müvəqqəti məhdudiyyət qoyulub.

     

    Məqsəd qeyd olunan ölkələrdən Azərbaycana keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorumaqdır.

     

    Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

    Tarix : 16-01-2025, 13:25 | Oxunub: 1 136