• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın havası

    16

    yan

    Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın havası

    Yanvarın 17-ə gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Lakin səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-9° isti olacaq.

    Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək.

    Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

    Tarix : 16-01-2025, 16:00 | Oxunub: 1 120