Ana səhifə›
XƏBƏRLƏR
›
Azərbaycan alma, armud və heyva ixracından gəlirini 6 %-ə yaxın artırıb
XƏBƏRLƏR
Azərbaycan alma, armud və heyva ixracından gəlirini 6 %-ə yaxın artırıb
Ekologiya
AMP
2024-cü ildə Azərbaycan 109 min 787,9 ton alma, armud və heyva ixrac edib ki, bu da 2023-cü illə müqayisədə 5,7 % çoxdur."Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.Məlumata görə, ötən il bu meyvələrin ixracından 70 milyon 165,8 min ABŞ dolları gəlir əldə olunub ki, bu da əvvəlki ilə nisbətən 5,8 % çoxdur."Azərbaycanda intensiv bağların sahəsinin ildən-ilə genişlənməsi xarici bazarlara daha çox çeşiddə kənd təsərrüfatı məhsulları ixrac etməyə imkan verir", - deyə nazirlik bəyan edib.