• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qəbələdə meşə yanıb - VİDEO

    20

    yan

    Qəbələdə meşə yanıb - VİDEO

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Bum kəndində dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Ekologiya.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

    Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində 0.1 hektar ərazidə kol-kos, ağac kötükləri və xəzəl yanıb.

    Meşə massivi yanğından mühafizə olunub.

     

    Tarix : 20-01-2025, 16:04 | Oxunub: 2 128