Tam versiya
Ana səhifə XƏBƏRLƏR Güclü zəlzələ Türkiyəni SİLKƏLƏDİ
XƏBƏRLƏR

Güclü zəlzələ Türkiyəni SİLKƏLƏDİ

Türkiyənin Egey dənizi sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

Ekologiya.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 23:38-də (Bakı vaxtı ilə 00:38) Türkiyənin Çanaqqala vilayətinin Ayvacık şəhərindən 6.62 km cənub-qərbdə qeydə alınıb.

Zəlzələnin ocağı 8.65 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Paylaş:
Tam mətni oxu →