• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda ov mövsümü açıq elan edildi

    22

    yan

    Azərbaycanda ov mövsümü açıq elan edildi

    Bu gündən Azərbaycanda ov mövsümü açıq elan edilib.

    Ekologiya.az bildirir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.

    O qeyd edib ki, Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və bu gündən Azərbaycan ərazisində ov mövsümünün açıq elan edilməsi barədə qərar verilib.

    A.Babayeva bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən ( https://eco.gov.az/az/nazirlik/elan?newsID=26029) əldə edə bilərlər.

    Həmçinin tövsiyə edilib ki, ov zamanı qaydaların mövcud normativlərinə əməl edilməli və yalnız ov üçün ayrılmış ovçuluq təsərrüffatlarının sahələrindən istifadə edilməlidir.

    Tarix : 22-01-2025, 18:36 | Oxunub: 2 800