Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırıldı
Binəqədi rayonu, Dərnəgül metrostansiyasının yaxınlığında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb.
Təqsirkarların müəyyən olunaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi və məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.