Günün ikinci yarısında güclü maqnit qasırğası gözlənilir
Yanvarın 24-də planetimizin bütün sakinləri maqnit qasırğasının fəsadları ilə üzləşə bilərlər.
Qaz buludu Yerin orbitinə günün ikinci yarısında çatacaq. Kosmik araşdırmalar institutlarının məlumatlarında belə deyilir.
Qeyd edək ki, yanvarın 21-də Günəşdə güclü partlayışlar qeydə alımıb. Maqnit qasırğasının gücü çox olmasa da, onun insanların səhhətinə təsir edəcəyi bildirilir.
Bundan başqa, yanvarın 25-də də Günəşdə güclü partlayışların olacağı gözlənilir. Sabah axşama yaxın qasırğa yatacaq.