Türkiyədə 78 nəfərin öldüyü oteldən ŞOK MESAJ – FOTO
Türkiyənin Bolu vilayətində dəhşətli yanğının baş verdiyi Kartalkaya xizəkçilik mərkəzinin müştərisi olmuş şəxslərə göndərdiyi mesaj ölkədə rezonans doğurub.
Buna görə qəzəblənən bəzi müştərilən mesajı sosial şəbəkə hesablarında paylaşaraq faciədən sonra belə bir addımın atılmasını tənqid ediblər.
“Bizi dəyərləndirmək istəyərsiz? “Grand Otel” olaraq tətilinizin gözəl və unudulmaz xatirələrlə yadda qalmasına ümid edirik. Sizləri aramızda yenidən görməyimizə şad olarıq. Evə təhlükəsiz və problemsiz şəkildə qayıtmağınızı arzulayırıq”, – mesajda qeyd olunur.
Qeyd edək ki, yanvarın 22-si gecə saatlarında baş verən yanğın nəticəsində 78 nəfər həyatını itirib. Şiddətli yanğın saatlarla davam edib və səhərə yaxın söndürmək mümkün olub. Hadisə ilə bağlı araşdırma başladılıb və otelin bir neçə səlahiyyətli şəxsi saxlanılıb.