Tam versiya
Ana səhifə XƏBƏRLƏR Zaqatala DAĞLARINDA FACİƏ: ayı qazini PARÇALADI
XƏBƏRLƏR

Zaqatala DAĞLARINDA FACİƏ: ayı qazini PARÇALADI

Zaqatalada 32 yaşlı qazinin dağda meyiti tapılıb.

Ekologiya.az Lent.az-a istinadla xəbər verir ki, hadisə dünən qeydə alınıb.

Zaqatala rayonunun Axaxdərə kənd sakini, 32 yaşlı Hüseyn Nəcməddin oğlu Məmmədovun meyiti dünən axşam saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonunun Car kənd inzibati ərazisinə daxil olan Əlibəy zirvəsində aşkarlanıb.

İlkin ehtimala görə, onu ayı parçalayıb.

Qeyd edək ki, H.Məmmədov 44 günlük Vətən müharibəsi iştirakçısı olub və qazidir.

Paylaş:
Tam mətni oxu →