• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dağlıq ərazilərdə qar yağıb – Faktiki hava

    25

    yan

    Dağlıq ərazilərdə qar yağıb – Faktiki hava


    Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
    Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, gecə saatlarında bəzi qərb rayonlarında hava arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.
    Yağan qarın hündürlüyü Şahbuzda 5, Daşkəsəndə 1 sm-dir.
    Sumqayıt, Qusar, Naftalan, Şəmkir, Qobustan, Yevlax, Zərdab, Sabirabadda duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.
    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

    Tarix : 25-01-2025, 12:26 | Oxunub: 1 440