Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Naftalan, Qusar, Yevlax, Biləsuvar, Şəmkir, Qobustan, Göyçay, Zərdab, İmişli, Sabirabad, Neftçalada duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.
Paylaş:
Tam mətni oxu →