Ana səhifə›
XƏBƏRLƏR
›
Bakıda iki yerdə güclü YANĞIN
XƏBƏRLƏR
Bakıda iki yerdə güclü YANĞIN
Ekologiya
AMP
Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.Ekologiya.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, bitişik sahəsi 60 m² olan talvarın və yaxınlıqda sahəsi 5 m² olan hinin dam örtüyünün taxta atmaları yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Bakı şəhərinin Nəsimi rayonunda isə ümumi sahəsi 25 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.