Tam versiya
Ana səhifə XƏBƏRLƏR Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrutun hərəkəti dəyişir
XƏBƏRLƏR

Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrutun hərəkəti dəyişir


Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Telman Kəlbiyev küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar fevralın 3-dən işlər yekunlaşanadək T.Kəlbiyev və Zəngəzur küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Ekologiya.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat yayıb.

Bildirilir ki, məhdudiyyətlə əlaqədar, 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Avtobuslar N.Mustafayev, G.Ramazanov, F.Qurbanlı və Xanqızı küçələri ilə keçməklə Araz küçəsinədək hərəkət edəcək.

Paylaş:
Tam mətni oxu →