• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycan XİN-dən Kahramanmaraşdakı zəlzələ ilə bağlı PAYLAŞIM

    05

    fev

    Azərbaycan XİN-dən Kahramanmaraşdakı zəlzələ ilə bağlı PAYLAŞIM

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələnin ikinci ildönümü ilə bağlı paylaşım edib.

    Nazirliyin "X" hesabındakı paylaşımda deyilir:

    "Türkiyənin Kahramanmaraş bölgəsində baş verən dəhşətli zəlzələdən 2 il ötür.

    Qardaş Türkiyədə ciddi insan itkisi və böyük dağıntılara səbəb olan bu fəlakətin qurbanlarını dərin kədərlə yad edir, onlara Allahdan rəhmət diləyirik.

    Qardaş Türkiyə qədər ölkəmizi və xalqımızı da dərindən sarsıdan belə fəlakətlərin bir daha yaşanmamasını, Türkiyə dövləti və xalqına hər zaman firavanlıq və rifah arzu edirik". Ekologiya.az

    Tarix : 5-02-2025, 21:25 | Oxunub: 1 048