• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Həbsxanada DƏHŞƏT: 160-dan çox qadına təcavüz edib, diri-diri YANDIRDILAR

    06

    fev

    Həbsxanada DƏHŞƏT: 160-dan çox qadına təcavüz edib, diri-diri YANDIRDILAR

    Konqo Demokratik Respublikasında Qoma şəhərindəki həbsxanadan qaçan kişilər 160-dan çox qadın məhbusa təcavüz edib, sonra isə onları diri-diri yandırıblar.

    Musavat.com xəbər verir ki, bu barədəThe Guardian” qəzeti məlumat yayıb.

    Nəşr BMT-nin daxili sənədinə istinadən yazır ki, insident yanvarın 27-də Ruanda tərəfindən dəstəklənən M23 qrupunun üsyançıları şəhəri ələ keçirdikdən sonra baş verib.

    Məlumatda bildirilir ki, əksəriyyəti kişi olmaqla 4000-ə yaxın məhbus həbsxanadan qaçıb.

    BMT-nin Qoma şəhərindəki sülhməramlı missiyasının müavini Vivian van de Perre bildirib ki, qaçan məhbuslar qadınların olduğu bölməyə hücum ediblər və sonra həbsxananı yandırıblar. Zərər çəkən qadınların əksəriyyəti həyatını itirib.

    BMT-nin qiymətləndirməsinə görə, 165-167 qadın hücuma məruz qalıb. İnternetdə qaçan məhbusların Munzenze şəhərində tüstü ilə dolmuş həbsxana binasında görüntüləri yayılıb.

    2025-ci ilin yanvarının sonunda hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər gərginləşib, 2 mindən çox insan ölüb. BMT isə 900 nəfərin öldüyünü bildirir.

    Tarix : 6-02-2025, 15:59 | Oxunub: 1 008