Tam versiya
Ana səhifə XƏBƏRLƏR Gəncədə hava şəraiti ilə əlaqədar iki avtomobil toqquşub, xəsarət alanlar var (FOTO)
XƏBƏRLƏR

Gəncədə hava şəraiti ilə əlaqədar iki avtomobil toqquşub, xəsarət alanlar var (FOTO)


Hava şəraitinin pis olması ilə əlaqədar Gəncədə iki nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ekologiya.az xəbər verir ki, "BMW X5" markalı minik avtomobili ilə "Hyundai Sonata" markalı minik avtomobili toqquşub.

Hadisə zamanı hər avtomobildən bir sərnişin olmaqla, iki nəfər xəsarət alıb.

Hadisə ilə bağlı TƏBİB-dən  bildirilib ki, 08.02.2025-ci tarixində  3 nəfər (1 qadın cinsli, 2 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Hazırda müayinə və müalicələri davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.


Paylaş:
Tam mətni oxu →