• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Meşə ərazilərində növbəti təmizlik aksiyaları keçirilib

    01

    okt

    Meşə ərazilərində növbəti təmizlik aksiyaları keçirilib

    Aksiya çərçivəsində Astara rayonunun Əsxənəkəran, Tovuz rayonunun Yanıqlı, Hacıqabul rayonunun Şirvan, Xızı rayonunun Qarabulaq, Xaçmaz rayonunun Xudat, Şəki rayonunun Layısqı, Göygöl rayonunun Hacıkənd, Zaqatala rayonunun Muğanlı, Masallı rayonunun Qəriblər, Ağcabədi rayonunun 1 saylı, Şəmkir rayonunun Şəmkir və Qəbələ rayonunun Yenikənd meşəbəyliklərində təmizlik aksiyaları keçirilib.

    Nazirliyin yerli qurumlarının, Rayon İcra Hakimiyyəti orqanlarının, Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyinin yerli qurumlarının əməkdaşlarının və rayon sakinlərinin iştirakı ilə keçirilən aksiyalar zamanı ümumilikdə 1.2 tondan artıq müxtəlif növ tullantı yığılaraq ərazilərdən daşınıb.
    "Təmiz ölkəm" aksiyası çərçivəsində meşə və meşəətrafı ərazilərdən bugünədək, ümumilikdə 52 tondan artıq tullantı toplanaraq daşınıb.

    Aksiyada iştirak edən hər kəsə təşəkkür edir və bir daha hər kəsi ətraf mühitin mühafizəsində bir olmağa, ona laqeyd münasibət bəsləməməyə çağırırıq.

    Tarix : 1-10-2023, 04:57 | Oxunub: 193