• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İstidən altı nəfər ölüb

    24

    apr

    İstidən altı nəfər ölüb

    Filippin Səhiyyə Departamentinin açıqlamasına görə, bu il yanvarın 1-dən aprelin 18-dək isti hava şəraiti ilə əlaqədar 34 nəfər xəstəxanaya müraciət edib. Onlardan altısı həyatını itirib.


    AZƏRTAC “Daily Tribune” saytına istinadla xəbər verir ki, departament katibinin köməkçisi Albert Dominqo ölümlərin səbəblərinin ətraflı araşdırılmasına başlanıldığını bildirib. O qeyd edib ki, anomal isti hava Filippinin mərkəzi, şimal və cənubundakı bəzi bölgələrdə narahatlığa səbəb olub.

    Dövlət meteoroloji bürosu temperaturun 42 dərəcəyə - "təhlükə" səviyyəsinə çatması barədə xəbərdarlıq etdikdən sonra bir neçə bölgədə çərşənbə günündən məktəblər bağlanıb. Dərslər onlayn formatda davam etdirilir.

    Əhaliyə açıq hava fəaliyyətini məhdudlaşdırmaq və çoxlu su içmək tövsiyə olunub.

    Tarix : 24-04-2024, 16:29 | Oxunub: 87