• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Nazir: "Qarabağda hidrometeoroloji müşahidə məntəqələri işğal dövründə tamamilə sıradan çıxarılıb"

    15

    noy

    Nazir: "Qarabağda hidrometeoroloji müşahidə məntəqələri işğal dövründə tamamilə sıradan çıxarılıb"

    "Azad olunmuş ərazilərdə yerləşən hidrometeoroloji müşahidə məntəqələrində işğal müddətində müşahidələr dayandırılıb və müşahidə cihazları da daxil olmaqla bütün infrastruktur sıradan çıxarılıb".

    Ekologiya.az
    xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türk Dünyası II Meteorologiya Forumunda deyib.
    Onun sözlərinə görə, hazırda həmin ərazilərdə ekoloji qiymətləndirmə və bərpa işləri davam edir: “Çaylarda 11 avtomat hidroloji stansiya, 6 avtomat meteoroloji stansiya quraşdırılıb. Prezidentin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə bağlı Sərəncamına əsasən, qarşıdakı illər ərzində bu müşahidə şəbəkəsi daha da genişlənəcək".

    Nazir, həmçinin bildirib ki, yenidənqurma işlərində “yaşıl” texnologiyaların tətbiqi azad olunmuş əraziləri yüksək keyfiyyətli ekoloji mühit və “yaşıl enerji” məkanına çevirəcək: "Bu tədbirlər həm iqlim dəyişmələrinə təsirlərin azaldılması, həm də bu təsirlərə daha dayanıqlı olmağa imkan verəcək".

    Tarix : 15-11-2023, 12:16 | Oxunub: 321