• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ağdam palçıq vulkanında “Geoparklar vasitəsilə Davamlı İnkişaf” tədbiri keçirilib

    03

    okt

    Ağdam palçıq vulkanında “Geoparklar vasitəsilə Davamlı İnkişaf” tədbiri keçirilib

    Qobustan rayonunda yerləşən Ağdam palçıq vulkanında “Geoparklar vasitəsilə Davamlı İnkişaf” tədbiri keçirilib.
    Ekologiya.az
    xəbər verir ki, tədbir Malayziyanın Azərbaycandakı Səfirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü, Malayziya Texniki Əməkdaşlıq Proqramı (MTCP) Məzunları Klubunun iştirakı ilə baş tutub.


    Proqram ekoturizm və geo-mühafizə vasitəsilə davamlı inkişafı təşviq etmək və maarifləndirməni artırmaq məqsədi daşıyıb. Bu proqram, həmçinin diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar olaraq xalqlar arasında daha geniş əlaqələrin qurulmasına təşviq etmək üçün ictimai diplomatiya və təbliğat proqramının bir hissəsi olub.


    Tədbirə Azərbaycan və Malayziyanın dövlət himnlərinin səsləndirilməsi ilə start verilib.
    Proqram zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, Səfirliyin Müvəqqəti işlər vəkili xanım Mardiana Mohamed Rohani 2007-ci ildə Cənub-Şərqi Asiyada YUNESKO-nun ilk “Qlobal Geoparkı” statusunu qazanmış və qlobal qoruma, təhsil və davamlı inkişaf konsepsiyasına uyğun idarə olunan Lanqkavi YUNESKO Qlobal Geoparkı haqqında bəzi faktları da bölüşüb.


    Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətinin rəhbəri Firudin Əliyev "Azərbaycanda Geopark Konsepsiyasının həyata keçirilməsi" mövzusunda çıxış edərək bildirib ki, hazırda aktiv şəkildə palçıq vulkanlarının YUNESKO-nun siyahısına salınması istiqamətində işlər görülür.


    Həmçinin, Bakı və Abşeron Yarımadası Dövlət Təbiət Qoruğunun Palçıq Vulkanları Qrupunun direktoru Ceyhun Paşayev "Palçıq vulkanlarının geoturizm potensialı" haqqında danışaraq söyləyib ki, geoparkın yaradılması ilə bağlı işlər tam yekunlaşdırmaq üzrədir.


    Qeyd edək ki, 1980-ci ildə yaradılmış MTCP Malayziyanın inkişaf təcrübəsini digər inkişaf etməkdə olan ölkələrlə bölüşmək yolu ilə Malayziyanın Cənub-Cənub Korporasiyasına sadiqliyini əks etdirir. Bu günə qədər Azərbaycandan 230-a yaxın şəxs MTCP Məzunu adını qazanıb.

    Tarix : 3-10-2023, 08:23 | Oxunub: 255