• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Tornado baş verib, ölənlər var

    29

    apr

    Tornado baş verib, ölənlər var

    Çinin Quançjou şəhərində tornado səbəbindən azı 5 nəfər həlak olub, 33 nəfər yaralanıb.


    AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, ilkin hesablamalara görə, tornado 140-dan çox fabrik binasına ziyan vurub. Yaşayış binalarının dağılması barədə məlumat verilmir.

    Təbii fəlakətin nəticələri ilə mübarizə aparmaq üçün hadisə yerinə axtarış-xilasetmə və qəza-bərpa briqadaları cəlb edilib.

    Cəmi bir həftə əvvəl Quançjou və ona bitişik Quandun əyaləti ən azı dörd nəfərin ölümü ilə nəticələnən güclü yağışlara məruz qalıb, 100 mindən çox sakin təxliyə edilib. 25 mindən çox insan müvəqqəti yaşayış məntəqələrinə yerləşdirilib.

    Çin Xalq Respublikasının ən vacib iqtisadi mərkəzlərindən biri olan Quançjouda təxminən 18 milyon insan yaşayır.

    Tarix : 29-04-2024, 10:30 | Oxunub: 141