• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının iştirakı ilə 600-dən çox ağac əkilib

    04

    noy

    Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının iştirakı ilə 600-dən çox ağac əkilib

    8 Noyabr - Zəfər Günü və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
    Ekologiya.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, qeyri-hökumət təşkilatlarının üzvləri, şəhid ailəsi üzvləri, Vətən müharibəsi veteranları, həmçinin DOST könüllüləri və ekokönüllülər iştirak ediblər.
    Tədbirdə yüksək texnologiyalı protezlərlə təmin olunmuş müharibə iştirakçılarının da ağac əkməsi böyük maraqla qarşılanıb.
    Aksiya zamanı 1 hektar ərazidə torpaq-iqlim şəraitinə uyğun 600-dən çox zeytun və şam ağacları əkilib.
    Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.
    Aksiyada iştirak edən Vətən müharibəsi qaziləri - xüsusi təyinatlı qüvvələrin leytenantı Namiq Seyfəddinli və ehtiyatda olan zabit Süleyman Cəfərov üç il əvvəl ərazi bütövlüyümüz uğrunda döyüşdükləri günlərin bu gün ağac əkməklə əbədiləşdirməyin onlar üçün fərqli hisslər olduğunu deyiblər. Bildirilib ki, vəzifəsindən, peşəsindən asılı olmayaraq hər kəs Vətəninə, ölkəsinin müxtəlif sahələrdə inkişafına töhfə verməli, xüsusilə ətraf mühitin qorunmasında pay sahibi olmalıdır. Hər iki qazi ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etməyin, Qalib Ordunun döyüşçüsü olmağın qürurunu ömür boyu yaşayacaqlarını diqqətə çatdırıblar

    Tarix : 4-11-2023, 18:51 | Oxunub: 567