• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Masazır duz gölündə BİYABIRÇILIQ- Kanalizasiya xətləri birbaşa gölə axıdılır- FOTO/VİDEO

    27

    okt

    Masazır duz gölündə BİYABIRÇILIQ- Kanalizasiya xətləri birbaşa gölə axıdılır- FOTO/VİDEO

    Ərazidə yaşayan sakinlər Ekologiya.az-a bildiriblər ki, gündəlik həyatda istifadə etdiyimiz duzun mənbəyi, Masazır duz gölünə kanalizasiya xətləri birbaşa axıdılır.  Sakinlərin haqlı narazılıqlarını nəzərə alaraq əməkdaşlarımız sözügedən ərazidə olublar. Və həqiqətən şahidi olublar ki, kanalizasiya xətləri gölə axıdılır. Əməkdaşlarımız Masazır Duz Zavodunun rəhbərliyi ilə əlaqə saxlaya bilməsələr də, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Müraciət zamanı bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırma başlanıb. 

    Əməkdaşlarımız Azərsun şirkətinin rəsmiləri ilə telefon əlaqəsi yaradıb. Azərsun şirkətindən bu məlumatı təkzib ediblər və fakt istəyiblər.

    Buyurun Azərsun buda fakt


    https://www.youtube.com/shorts/w2nJjWhftnY​​​




    Tarix : 27-10-2023, 09:53 | Oxunub: 966