• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur

    02

    apr

    Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur

    Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, bu gün gecə saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.


    Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Ekologiya az-a bildirib ki, hazırda havada tozun miqdarı normadan 1,5 dəfə artıqdır.


    “Peyk görüntülərinə əsasən tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır. Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”, - deyə baş mühəndis vurğulayıb.

    Tarix : 2-04-2024, 12:34 | Oxunub: 1 754