• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda və Abşeron yarımadasında normadan 1.5 dəfə artıq tozlu hava şəraiti davam edir

    12

    fev

    Bakıda və Abşeron yarımadasında normadan 1.5 dəfə artıq tozlu hava şəraiti davam edir

    Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.


    Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva AZƏRTAC-a bildirib ki, havada tozun miqdarı 1.5 dəfə normadan artıqdır.


    "Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq lokal, eyni zamanda transsərhəd xarakter daşıyır. Tozlu hava şəraitinin 2 gün ərzində davam edəcəyi gözlənilir”.

    Tarix : 12-02-2024, 19:00 | Oxunub: 1 480