• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Departament direktoru: "COP29-da müsbət qərarlar veriləcəyinə inanıram"

    23

    noy

    Departament direktoru: "COP29-da müsbət qərarlar veriləcəyinə inanıram"

    "İqlim dəyişikliyi müzakirələrində iştirak etmək üçün Maldiv adalarından gəlmişik. Azərbaycan COP29-un hazırlanmasına xüsusi səy göstərib. Buradakı xidmətlər, hər şey mükəmməl şəkildə qurulub. Buna görə də Azərbaycan dövlətinə öz təşəkkürümü bildirirəm".

    Bu sözləri AZƏRTAC-a açıqlamasında Maldiv adalarının Ətraf Mühit və Enerji Nazirliyinin İqlim Dəyişikliyi Departamentinin direktoru Əli Şərif deyib.

    COP29-da iştirak etməyinin əsas məqsədinin iqlim maliyyələşməsi olduğunu deyən departament direktoru müsbət qərarların veriləcəyinə inandığını bildirib.

    "COP29-da yumşaldılma və uyğunlaşma ilə bağlı bir çox istiqamətlərdə yekunlaşacağına ümid etdiyimiz başqa elementlər də var, lakin ən əsası maliyyələşmədir", - deyə o əlavə edib.

    Tarix : 23-11-2024, 11:00 | Oxunub: 1 112