Biz ölkənizin rəhbərliyinin dünyada iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin formalaşdırılmasında çox mühüm rol oynayacağına inanırıq.

“Report” xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd edib.

Bakıda keçiriləcək COP29-a toxunan İCESCO Baş direktoru deyib: “ICESCO-nun iştirakı Azərbaycan ilə bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verəcək”.