• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycan Ordusunun arsenalına 908 milyondan artıq maddi ziyan vurulub

    14

    fev

    Azərbaycan Ordusunun arsenalına 908 milyondan artıq maddi ziyan vurulub

    Müharibə dövründə Azərbaycan Ordusunun müdafiə arsenalına 908 milyon manatdan artıq məbləğdə qəsdən maddi ziyan vurulub.

    Musavat.com xəbər verir ki, bu barədə Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclasında bildirilib.

    "Azərbaycan Respublikasına qarşı aparılmış təcavüzkar müharibə dövründə Azərbaycan Ordusunun müdafiə arsenalına 908 milyon manatdan artıq məbləğdə qəsdən maddi ziyan vurulmaqla hərbi əmlakları məhv edilib, yararsız hala salınıb və ələ keçirilib", - iclasda qeyd edilib.

    Tarix : 14-02-2025, 08:56 | Oxunub: 1 888