Ətraf mühitin mühafizəsinə töhfə vermək, cəmiyyətdə ekoloji məsuliyyəti artırmaq və ictimai iştirakçılığı təşviq etmək məqsədilə Xəzər dənizinin Bilgəh sahilində növbəti təmizlik aksiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Təmiz ölkəm” devizi altında keçirilən aksiyaya bu dəfə “Four Seasons Hotel Baku”nun əməkdaşları və ekokönüllülər qoşulub, sahil zolağından 170 kq tullantının toplanaraq aidiyyəti üzrə təhvil verilməsi təmin olunub.
Bu cür təşəbbüslərə dəstək göstərən tərəfdaşlara, vətəndaşlara, könüllülərə təşəkkürümüzü bildirir, hər kəsi tullantıların düzgün idarə olunması, ekoloji məsuliyyətin artırılması və təbiətin qorunması naminə birgə fəaliyyətə çağırırıq.