Tam versiya
Ana səhifə CƏMİYYƏT Azərbaycan Ordusunun arsenalına 908 milyondan artıq maddi ziyan vurulub
CƏMİYYƏT

Azərbaycan Ordusunun arsenalına 908 milyondan artıq maddi ziyan vurulub


Müharibə dövründə Azərbaycan Ordusunun müdafiə arsenalına 908 milyon manatdan artıq məbləğdə qəsdən maddi ziyan vurulub.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclasında bildirilib.

"Azərbaycan Respublikasına qarşı aparılmış təcavüzkar müharibə dövründə Azərbaycan Ordusunun müdafiə arsenalına 908 milyon manatdan artıq məbləğdə qəsdən maddi ziyan vurulmaqla hərbi əmlakları məhv edilib, yararsız hala salınıb və ələ keçirilib", - iclasda qeyd edilib.

Paylaş:
Tam mətni oxu →