Ana səhifə›
CƏMİYYƏT
›
Bakıda bu marşrut xəttinin sürücüsü narkoman İMİŞ
CƏMİYYƏT
Bakıda bu marşrut xəttinin sürücüsü narkoman İMİŞ
Ekologiya
AMP
Bakıda avtomobil sürücüsü ilə avtobus sürücüsü arasında dava olub.Hadisə fevralın 12-də "Bakı Metropoliteni"nin "20 Yanvar" stansiyasının yaxınlığında - Həsən Bəy Zərdabi küçəsində qeydə alınıb.Yol vermək üstündə dalaşan sürücülər bir-birindən polisə şikayət ediblər və əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onları saxlayıblar.İlkin araşdırmalar zamanı müəyyən edilib ki, hadisəni törədən 102 saylı marşrut xəttinin "İsuzu" markalı avtobusunun sürücüsü 1989-cu il təvəllüdlü R.Yusifov narkotik vasitə istifadəçisidir. O, ekspertizadan keçirilib və narkotik qəbul etməsi müəyyənləşib.Avtobus sürücüsü barəsində Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrinə əsasən, protokol tərtib edilib. Yasamal Rayon Məhkəməsi 36 yaşlı sürücünün 15 sutkalıq inzibati həbs edilməsinə qərar verib. / Teleqraf