• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda bu marşrut xəttinin sürücüsü narkoman İMİŞ

    14

    fev

    Bakıda bu marşrut xəttinin sürücüsü narkoman İMİŞ

    Bakıda avtomobil sürücüsü ilə avtobus sürücüsü arasında dava olub.

    Hadisə fevralın 12-də "Bakı Metropoliteni"nin "20 Yanvar" stansiyasının yaxınlığında - Həsən Bəy Zərdabi küçəsində qeydə alınıb.

    Yol vermək üstündə dalaşan sürücülər bir-birindən polisə şikayət ediblər və əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onları saxlayıblar.

    İlkin araşdırmalar zamanı müəyyən edilib ki, hadisəni törədən 102 saylı marşrut xəttinin "İsuzu" markalı avtobusunun sürücüsü 1989-cu il təvəllüdlü R.Yusifov narkotik vasitə istifadəçisidir. O, ekspertizadan keçirilib və narkotik qəbul etməsi müəyyənləşib.

    Avtobus sürücüsü barəsində Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrinə əsasən, protokol tərtib edilib. Yasamal Rayon Məhkəməsi 36 yaşlı sürücünün 15 sutkalıq inzibati həbs edilməsinə qərar verib.  / Teleqraf

    Tarix : 14-02-2025, 20:20 | Oxunub: 1 336