Ana səhifə›
CƏMİYYƏT
›
Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batıb
CƏMİYYƏT
Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batıb
Ekologiya
AMP
Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batıb."Report"un Qərb bürosunun məlumatına görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.Batanlardan biri Samux rayonu, Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlu, digəri Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Müşfiq İsmayılovdur. Hər iki şəxsin balıqçı olduğu deyilir.Hadisənin qayığın çevrilməsi səbəbindən baş verdiyi bildirilir.Faktla bağlı araşdırma aparılır.