• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batıb

    20

    fev

    Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batıb

    Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batıb.

    "Report"un Qərb bürosunun məlumatına görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

    Batanlardan biri Samux rayonu, Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlu, digəri Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Müşfiq İsmayılovdur. Hər iki şəxsin balıqçı olduğu deyilir.

    Hadisənin qayığın çevrilməsi səbəbindən baş verdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 20-02-2025, 10:10 | Oxunub: 1 216